• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qubada qarlı dağda qalan əcnəbiyə kömək göstərildi

CƏMİYYƏT

13 Mart 2024 | 13:49 | Müəllif: Qalib İbrahimoğlu

Qubada qarlı dağda qalan əcnəbiyə kömək göstərildi

Qubada dağlıq ərazidə çətin vəziyyətdə qalan əcnəbi vətəndaşa polis əməkdaşları kömək edib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət edən turizm şirkətinin əməkdaşı Quba rayonuna istirahətə gələn Hindistan vətəndaşı Sahoo Ramakantın əlverişsiz hava şəraiti ilə bağlı Quba-Susay-Xınalıq yolunda ucqar dağlıq ərazidə avtomobilinin qara batması və hərəkətsiz qalmasını bildirib.

Məlumat daxil olan kimi Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və Post Patrul Xidməti bölmələrinin əməkdaşları dərhal həmin əraziyə gedərək əcnəbi vətəndaşa kömək ediblər.

S.Ramakant operativliyə və ona həyatı boyu unutmayacağı köməklik göstərdiklərinə görə polis əməkdaşlarına minnətdarlıq edib.


Qubada qarlı dağda qalan əcnəbiyə kömək göstərildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026