• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qubada qəza: 5 nəfər xəsarət aldı

CƏMİYYƏT

07 Mart 2024 | 10:47

Qubada qəza: 5 nəfər xəsarət aldı

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Zizik kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə, daha sonra fərdi yaşayış evinə çırpılıb.

Hadisə zamanı Məmmədov Rəşid, Mustafayev Rövşən, İsayev Elmin, Mustafayev Rizvan və Xələfov Şəmsəddin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR