• Bakı 15° C

    0.9 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Qurban Yetirmişlidən zəlzələ ilə bağlı VACİB AÇIQLAMA

CƏMİYYƏT

24 Aprel 2025 | 21:14

Qurban Yetirmişlidən zəlzələ ilə bağlı VACİB AÇIQLAMA

Ötən gün İstanbulda baş verən zəlzələ zamanı yayılan görüntülər müzakirələrə yol açıb. Belə ki, silkələnmə anında insanların özünü pəncərədən atması birmənalı qarşılanmayıb. Nəticədə aydın olub ki, vətəndaşlar zəlzələ vaxtı davranış qaydalarını bilmirlər.

Bakıvaxtı.az-ın məlumatına görə, Globalinfo.az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır:

“Zəlzələ anında təmkinli olmaq, pəncərəyə yaxınlaşmamaq, eyvana çıxmamaq, liftə minməmək, pilləkənlə qaçmamaq tövsiyə edilir. Vətəndaş evdədirsə, qapı çərçivəsinə çəkilməsi məsləhətdir. Çünki qapının üstündən möhkəm beton bağlamaları keçir və onun altında dayanmaq daha təhlükəsizdir”.

Qurban Yetirmişli bildirib ki, zəlzələ zamanı mebeldən, çilçıraqdan uzaq durmaq lazımdır:

“Gərək insanlar belə hadisəyə hazırlıqlı olsunlar. Birinci mərtəbədə yaşayanlar həyətə çıxa bilərlər. Lakin onlar elə yerdə dayanmalıdırlar ki, binadan bir hissə qopub düşəndə, yaxud ağac aşanda xəsarət almasınlar”.


SON XƏBƏRLƏR

24 Aprel 2025