“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Qusar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Qusar rayon sakini Eldar Əlimov saxlanılıb. Həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin və marixuana aşkar olunaraq götürülüb.

















