Qusarda sexdə avtomobil yanıb.
Bakıvaxtı.az bu barədə FHN-ə istinadən xəbər verir. Məlumata görə, Qusar şəhərində ümumi sahəsi 30 m² olan avtomobil təmiri sexində təmirə dayanan "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















