Ağdamda ev yanıb.
Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin iki otağının yanar konstruksiyaları və ev əşyaları 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.















