• Bakı 21° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Raket hücumu: Can itkisi 35-ə yüksəldi

DÜNYA

16 Yanvar 2023 | 11:47

Raket hücumu: Can itkisi 35-ə yüksəldi

Ukraynanın Dnepr şəhərində bir bina Rusiyanın hücumuna hədəf olub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ağır ziyan dəymiş binada dağıntıların çıxarılması və axtarış-xilasetmə işləri 40 saatdır davam edir.

Dnepr vilayətinin qubernatoru Valentin Rezniçenko rəsmi "Telegram" hesabında verdiyi açıqlamada bildirib ki, Dneprdə axtarış-xilasetmə əməliyyatı, təxminən, 40 saatdır davam edir. Dağıntıların çıxarılması işləri davam etdiyi üçün meyitlərin çıxması davam edir.

"İndiyədək düşmənin hücumu 2-si uşaq olmaqla 35 nəfərin həyatına son qoyub. 35 nəfər xilas edilib, 75 nəfər yaralanıb. Binada olan digər 35 nəfərin taleyi hələlik məlum deyil”, - deyə Valentin Rezniçenko qeyd edib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR