• Bakı 25° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı

CƏMİYYƏT

07 Mart 2025 | 19:14 | Müəllif: Subhan Mahmudov

Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı

Sabah Azərbaycanda Ramazan ayının səkkizinci günüdür.

Bakıvaxtı.az xəbər verir ki, imsak saat 05:38, iftar isə saat 18:54-ə təyin olunub.

İmsak duası

“Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.

Tərcüməsi:

“İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı nəsib et Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026