• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Ramiz Mehdiyevlə bağlı YENİ QƏRAR

CƏMİYYƏT

10 Iyun 2026 | 18:29 | Müəllif: Subhan Mahmudov

Ramiz Mehdiyevlə bağlı YENİ QƏRAR

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ev dustaqlığında qalmağa davam edəcək.

Bakıvaxtı.az -ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) R.Mehdiyevlə bağlı yenidən məhkəməyə müraciət edib.

Müstəntiq irihəcmli cinayət işi üzrə ibtidai istintaqın başa çatmadığını, əlavə sübutların toplanması üçün təqsirləndirilən şəxs barəsində eyni növ qətimkan tədbirinin uzadılmasını istəyib.

Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib. Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri daha 5 ay uzadılıb.

Qeyd edək ki, özünü “boz kardinal” kimi tanıdan Ramiz Mehdiyev 8 ay əvvəl cinayət məsuliyyətinə cəlb edilib. O, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026