• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ramiz Mehdiyevin səhhətində problem var? – AÇIQLAMA

GÜNDƏM

22 Mart 2021 | 18:18

Ramiz Mehdiyevin səhhətində problem var? – AÇIQLAMA

“19-20 mart tarixlərində bəzi saytlarda AMEA prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində guya ciddi problemlərin yarandığına, vəziyyətinin pisləşdiyinə dair həqiqətə uyğun olmayan xəbər yayılıb”.

Bakıvaxtı.az Medicina.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə AMEA-nın Mətbuat xidməti çıxış edib.

“İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu informasiyanın heç bir əsası yoxdur, akademik Ramiz Mehdiyev özünü kifayət qədər yaxşı hiss edir.
Mətbuat sahəsində çalışan həmkarlarımızı jurnalist etikasının qaydalarına riayət etməyə çağırır, cəmiyyəti yalan məlumatlarla çaşdırmamağı xahiş edirik.

Həmçinin, xatırlatmaq istəyirik ki, saxta məlumatları tirajlayanlar peşəkar olmadıqlarını nümayiş etdirir, insanlarda özləri haqqında qeyri-ciddi təəssürat yaradırlar”, - deyə açıqlamada qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026