• Bakı 27° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.8792

    RUB - 0.0189

"Range Rover" əvvəl ağaca, sonra mağazaya çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR

HADİSƏ

19 Iyul 2024 | 16:06

Range Rover əvvəl ağaca, sonra mağazaya çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR

Bu gecə Abşeron rayonu Novxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, "Range Rover" markalı avtomobilin əvvəlcə irigövdəli ağaca, sonra isə marketə çırpıldığı bildirilir.

Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq.

İdarənin İctimai qurumlarla əlaqə şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

"Ötən gün saat 3 radələrində Novxanı qəsəbəsi ərazisində paytaxt sakini 37 yaşlı Nuru Məmmədov idarə etdiyi "Range Rover" markalı avtomobili yolun kənarında yerləşən ticarət obyektinə vurub.

Qəza nəticəsində sürücü, eləcə də avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri - 24 yaşlı Ümid Manafov və 25 yaşlı Seymur İsayev xəsarət alıb. Onlar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Əraziyə yol-patrul xidmətinin əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunur.

 


SON XƏBƏRLƏR