• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rasim Məmmədovun işindən XƏBƏR VAR

CƏMİYYƏT

15 May 2023 | 12:43

Rasim Məmmədovun işindən XƏBƏR VAR

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun şikayəti üzrə məhkəmə prosesi yenidən təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılan iş üzrə keçirilən ilkin baxış iclasında zərərçəkmiş tərəfdən yeni apellyasiya şikayəti daxil olduğu elan olunub.

Şikayətin verilməsinin mümkünlüyünə baxılması üçün iş Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.

Bir müddət əvvəl isə müdafiə tərəfinin məhkəmə protokolları ilə tanış olması üçün iş Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmışdı.

Qeyd edək ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyon manatlıq əmlaklar müsadirə olunub. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026