• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rəşad Dağlı məhkəmədə son olaraq nə deyib?

CƏMİYYƏT

28 Iyul 2023 | 13:23

Rəşad Dağlı məhkəmədə son olaraq nə deyib?

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə prosesində son söz deyib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs övladlarının yaşının az olması ilə əlaqədar azadlığa çıxmaq istədiyini söyləyib:

“Mənim necə insan olduğumu xalq bilir. Həmişə dövlətimin yanında olmuşam. Bundan başqa mənim iki övladım var, ödənişli təhsil alırlar. Azadlıqdan məhrum edilsəm, necə olacaq. Xahiş edirəm nəzərə alasınız, mənə həbslə bağlı olmayan cəza verəsiz”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirməkdə təqsirli bilinərək həbs edilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026