• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rəşad Dağlının üzr videosu yayıldı - VİDEO

MƏDƏNİYYƏT

15 May 2022 | 12:38

Rəşad Dağlının üzr videosu yayıldı - VİDEO

Tanınmış meyxanaçı Rəşad Dağlının üzr videosu yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Rəşad Dağlı meyxana bədahətən olduğu üçün dindarlara qarşı yanlışlığa yol verdiyini etiraf edib.

"Masallıda toyların birində meyxanaçı Rəhmanla deyişməmiz olub. Əvvəlki toyların birində Rəhman mənə bir bənd meyxana demişdi, bu toyda da onu xatırlatdı. Mən də ona cavab vermişəm. Sözün bədahətən olmasına görə fikrimi düzgün çatdıra bilməmişəm. Bu da dindarlar arasında haqlı olaraq narazılığa səbəb olub. Məni tanıyanlar bilir, seyid nəslindənəm, bu yolun tərəfdarıyam, Məşhəd və Kərbəla ziyarətlərində olmuşam, həmişə çalışmışam, dini təbliğ edim. Qardaşlarım bilsinlər ki, heç də həmin tərbiyədə, əxlaqda deyiləm, üzrxahlığımı qəbul etsinlər”, - deyə meyxanaçı bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026