• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Restoranda mənşəyi məlum olmayan məhsullar aşkarlandı - FOTOLAR

CƏMİYYƏT

24 Fevral 2023 | 11:03

Restoranda mənşəyi məlum olmayan məhsullar aşkarlandı - FOTOLAR

Sumqayıtda restoranda mənşəyi məlum olmayan məhsullar aşkar olunub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

Bildirilib kİ, agentlik əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mkr, Niyazi küçəsində fəaliyyət göstərən, fiziki şəxs Ağazadə Cahid Nadir oğluna məxsus “Zəngəzur” restoranında planlı yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, gigiyena tələblərinə əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin ayrıca saxlanması üçün xüsusi yerlərin və ya dolabların təşkil edilmədiyi, həmçinin son istifadə müddəti bitmiş, üzərində markalanması aparılmayan və mənşəyi məlum olmayan müxtəlif növ qida məhsulları aşkarlanıb. Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.


Restoranda mənşəyi məlum olmayan məhsullar aşkarlandı - FOTOLARRestoranda mənşəyi məlum olmayan məhsullar aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026