• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Rusiya Abxaziyanın maliyyə yardımı ilə bağlı müraciətinə cavab verməyib

DÜNYA

11 Dekabr 2024 | 17:26

Rusiya Abxaziyanın maliyyə yardımı ilə bağlı müraciətinə cavab verməyib

Rusiya Nazirlər Kabineti Abxaziya hökumətinin maliyyə dəstəyinin yenidən bərpası ilə bağlı müraciətinə cavab verməyib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RIA Novosti" Abxaziya Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Dekabrın 9-da baş nazir Mixail Mişustinin adına büdcə işçilərinin maaşlarının birgə maliyyələşdirilməsinin bərpası ilə bağlı müraciət göndərdik. Lakin hələ də, cavab almamışıq”, – deyə Abxaziya hökumətinin nümayəndələri bildiriblər.

Dekabrın 4-də Abxaziyanın baş nazir vəzifəsini icra edən Valeri Bqanba hökumət üzvləri ilə iclas keçirib. O, iclas zamanı enerji sektorunda fövqəladə vəziyyətin hökm sürdüyünü bəyan edib və bu səbəbdən ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq edilə biləcəyini istisna etməyib.

Nuriyyə Musayeva
 


SON XƏBƏRLƏR