• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya bazarında güclü yanğın - VİDEO

DÜNYA

29 Avqust 2022 | 11:58 | Müəllif: Subhan Mahmudov

Rusiya bazarında güclü yanğın - VİDEO

Rusiyada Volqoqrad vilayətinin Voljski şəhərindəki "Lyudmila" bazarında güclü yanğını əks etdirən video yayılıb.

Bakıvaxtı.az bildirir ki, video "Mash" Telegram kanalında yayımlanıb.

Ortaya çıxan kadrlardan görünür ki, güclü yanğın nəticəsində bazarın ətrafı tüstüyə bürünüb. Eyni zamanda, səmanı görmək demək olar ki, mümkün deyil, hadisə yerində partlayış səsləri də eşidilib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğının sahəsi 7 min kvadratmetrə çatıb. Hadisə dam örtüyü təmir edildikdən sonra baş verib: iş zamanı təhlükəsizlik qaydalarına əməl olunmayıb və bu da qaz balonlarının partlamasına səbəb olub. Yanğın 700 kvadratmetr sahədə baş verib, sonradan yanğının sahəsi 7 min kvadratmetrə çatıb.(milli.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026