Baltik dənizi ölkələrində təbii qaz təşvişi yaşanır.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, təşviş "Şimal axını 1 və 2” boru kəmərlərində aşkarlanan müəmmalı sızmadan sonra daha da artıb.
İsveç Milli Seysmik Şəbəkəsi (SNSN) Rusiyanın Baltik dənizi altından keçən təbii qaz boru kəmərlərində sızmaların yaxınlığında iki partlayışın aşkar edildiyini açıqlayıb. SNSN sözçüsü Björn Lund ölkənin dövlət televiziyası SVT-yə bildirib ki, qaz şəbəkəsi bölgəsində 2,3 bal gücündə zəlzələyə bənzər təkan qeydə alınıb.
Faktla bağlı araşdırmalar aparılır.
Nuranə Daxilqızı














