• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya beynəlxalq tribunala çıxarıla bilər

DÜNYA

10 Oktyabr 2022 | 12:43

Rusiya beynəlxalq tribunala çıxarıla bilər

Ukrayna Prezident Ofisi Rusiya ilə bağlı beynəlxalq tribunalın yaradılmasını tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Onun sözlərinə görə, Ukrayna şəhərlərinin kütləvi şəkildə hədəf alınması müharibə cinayətidir: “Mümkün cavab Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi, Rusiyanın beynəlxalq tribunala çıxarılmasıdır”.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026