• Bakı 19° C

    11.33 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Rusiya Dneprdə bir evi vurdu: dağıntılar altında qalanlar var

DÜNYA

19 Aprel 2024 | 08:46

Rusiya Dneprdə bir evi vurdu: dağıntılar altında qalanlar var

Aprelin 19-na keçən gecə Rusiya ordusu Dnepr şəhərinə hücum edib.

Bakıvaxtı.az bu barədə UNİAN-a istinadla xəbər verir.

Məlumata görə, hücum nəticəsində beşmərtəbəli bina alovlanıb və qismən dağılıb.

Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısakın sözlərinə görə, dağıntılar altında insanlar ola bilər.

Hazırda ilkin məlumata görə, altı nəfər xəsarət alıb.

"Krivoy Roqda bir infrastruktura ziyan dəyib. Orada da bir qadın ölüb. Bu arada, hava hücumu davam edir", - deyə məlumatda vurğulanır.

Murad Məmmədli


SON XƏBƏRLƏR

01 May 2024