• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusiya İdlibi bomaladı: 5 ölü, 8 yaralı

DÜNYA

08 Sentyabr 2022 | 21:05 | Müəllif: Subhan Mahmudov

Rusiya İdlibi bomaladı: 5 ölü, 8 yaralı

Rusiyaya məxsus döyüş təyyarələrinin İdlib Gərginliyi Azaltma Bölgəsində həyata keçirdiyi hava hücumu nəticəsində ilk təsbitlərə görə 5 mülki vətəndaş həlak olub, ən azı 8 mülki şəxs isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, müxalifət təyyarələri rəsədxanasından alınan məlumata görə, Latakiyadakı Hmeymim Hava Bazasından qalxan 4 Rusiya döyüş təyyarəsi İdlibin şimal-qərbindəki Hafserce kəndindəki karxana və rejim əleyhinə qərargahlara ümumilikdə 16 hücum həyata keçirib.

Suriya Mülki Müdafiə (Ağ Dəbilqəlilər) idarəsinin müdir müavini Munir Mustafa Anadolu Agentliyinə (AA) bildirib ki, karxanaya hücum nəticəsində orada çalışan 5 mülki vətəndaş həyatını itirib, ən azı 8 mülki vətəndaş isə yaralanıb.Yaralıların ətraf xəstəxanalara aparılaraq müalicə altına alındığını bildirən Mustafa dağıntılar altında axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Bundan əlavə, gün ərzində Əsəd rejimi və İranın dəstəklədiyi terrorçu qruplar İdlibin qərbində yerləşən Binin, Şinen və Məkləbis kəndlərinə qurudan silahlarla hücum edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026