• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiya ilhaq etdiyi ərazilərdə "seçkilər" keçirəcək

DÜNYA

03 Iyul 2023 | 17:54

Rusiya ilhaq etdiyi ərazilərdə "seçkilər" keçirəcək

Rusiya ilhaq etdiyi dörd Ukrayna regionunda – Donetsk, Luqansk, Zaporoje və Xersonda yerli özünüidarəetmə orqanlarına “seçkilər" keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova Prezident Vladimir Putinlə görüşündə deyib.

O, seçicilərin bu ilin sentyabrında yerli qubernatorları və digər rəsmiləri seçəcəklərini qeyd edib.

Rusiya MSK-nın Telegram kanalında "seçkilər"in sentyabrın 10-da keçiriləcəyi qeyd olunub.

Qeyd olunub ki, "seçkilər"in keçirilməsi təşəbbüsü ilhaq edilmiş regionların Rusiya tərəfindən təyin edilmiş qubernatorlarından gəlib. Pamfilova təşəbbüsün Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi tərəfindən nəzərdən keçirildikdən sonra təsdiqləndiyini deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR