• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İran XİN rəhbəri Pakistana getdi

DÜNYA

02 Avqust 2023 | 16:49

İran XİN rəhbəri Pakistana getdi

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Pakistana səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi rəsmi “Telegram” kanalında yazıb.

Bildirilib ki, iranlı diplomat artıq paytaxt İslamabaddadır.

Səfər çərçivəsində Pakistan hökumətinin yüksək rütbəli rəsmi şəxsləri ilə müzakirələr və fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Müzakirələr zamanı ölkələrarası əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi, sərhədyanı ərazilərdə qarşılıqlı əməkdaşlıq, ticari-iqtisadi əlaqələrin inkişafı, regional problemlər və beynəlxalq məsələlər nəzərdən keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026