• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya MN: Ordu tapşırığı yerinə yetirdi!

DÜNYA

24 Fevral 2022 | 22:30 | Müəllif: Subhan Mahmudov

Rusiya MN: Ordu tapşırığı yerinə yetirdi!

Rusiya ordusu bu gün üçün qarşısını qoyulan hərbi tapşırığı yerinə yetirib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya MN-in rəsmisi İqor Konaşenkov deyib.

“RF hərbi birləşmələrinin bu gün üçün qarşısına qoyulan tapşırıqlar uğurla yerinə yetirilib”, - Konaşenkov deyib.

O bildirib ki, Rusiya SQ-nin zərbələri nəticəsində Ukraynanın 83 yerüstü hərbi infrastrukturu, iki Su-27, iki Su-24, bir helikopter və 4 “Bayraqdar TV-2” PUA-sı məhv edilib.

Konaşenkovun sözlərinə görə, xüsusi hərbi əməliyyat davam edir, Luqansk “xalq respublikası”nın döyüşçüləri 6-8 km irəliləyib.

O deyib ki, hava desant qüvvələrinin də dəstəyi ilə Xersona çıxış təmin edilib və Şimali Krım kanalı açılıb, Krımın su təchizatı bərpa edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026