Ukrayna qoşunları Sum vilayətinin Trostyanes şəhərinə daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi "Facebook"da məlumat yayıb.
Bildirilir ki, Ukrayna qoşunları tezliklə şəhər üzərində nəzarəti tam bərpa etməyə yaxındır.
















