• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Rusiya nüvə silahından istifadə edəcək?

DÜNYA

04 Oktyabr 2022 | 10:31

Rusiya nüvə silahından istifadə edəcək?

Rusiya Federasiyanının prezidenti Vladimir Putin Ukrayna sərhədlərində nüvə sınağı keçirməklə kütləvi qırğın silahlarından istifadə etməyə hazır olduğunu nümayiş etdirmək niyyətindədir.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Britaniyanın “Times” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.

Nəşr bildirir ki, Moskvanın Qara dənizdə nüvə silahından istifadə etmək ehtimalı böyükdür. Qeyd olunur ki, NATO artıq öz üzvlərinə bununla bağlı xəbərdarlıq edib.

Xatırladırıq ki, bir müddət əvvəl terrorçu ölkənin prezidenti Vladimir Putin ölkənin ərazi bütövlüyünə təhlükə yaranarsa, Rusiyanın nüvə silahından istifadə edəcəyini bildirmişdi. Buna cavab olaraq ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqtonda Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə fəaliyyət planı hazırlayıblar. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026