• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rusiya qırıcılarını Krımdan çıxarır

DÜNYA

26 Avqust 2022 | 18:11 | Müəllif: Subhan Mahmudov

Rusiya qırıcılarını Krımdan çıxarır

Krımdakı hərbi obyektlərdə partlayışların baş verməsilə əlaqədar Rusiya yarımadadan 10 qırıcısını çıxarmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun hesabatında qeyd olunub.

“Rusiya Ukraynadan gələcək hücumların qarşısını almaq üçün Krımdakı hava qüvvələrini geri çəkməyə başlayıb. Təyyarə itkilərinin qarşısını almaq üçün indiyədək 6 ədəd Su-35S və 4 ədəd MiQ-31BM yarımadadan çıxarılıb”, - məlumatda qeyd olunub.

Hesabatda bildirilib ki, hazırda Belbekdəki aerodromda Rusiyanın 32 qırıcısı yerləşir. Onların əksəriyyəti sovet istehsalı olan Su-27-lərdir. Yalnız məhdud sayda müasir Su-35S və MiQ-31BM-lər var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026