• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Rusiya səfiri İran XİN-ə çağrılıb

SİYASƏT

12 Avqust 2021 | 13:03

Rusiya səfiri İran XİN-ə çağrılıb

Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın İrandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

"Rusiyanın Tehrandakı səfirliyinin binası fonunda səfir Caqaryanın Britaniya səfiri Saymon Şerklifflə birgə fotosuna İran ictimaiyyətinin reaksiyası ilə əlaqədar İranın Rusiyadakı səfiri Levan Caqaryan İran Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, həmin foto Rusiyanın İrandakı səfirliyinin "Twitter" hesabında paylaşılıb.


Rusiya səfiri İran XİN-ə çağrılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026