• Bakı 15° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Rusiya Tramp dönəmi üçün ABŞ-a yeni səfir göndərir

DÜNYA

24 Noyabr 2024 | 22:16

Rusiya Tramp dönəmi üçün ABŞ-a yeni səfir göndərir

Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru, Kanadadakı keçmiş səfir Aleksandr Darçiyev Rusiyanın ABŞ-dakı diplomatik missiyasının rəhbəri vəzifəsinə əsas namizəd kimi qiymətləndirilir.

Bakıvaxtı.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.

Bundan əvvəl “Vedomosti” də Darçiyevi bu vəzifəyə ən çox ehtimal olunan namizəd adlandırmışdı.

Xarici İşlər Nazirliyindəki mənbələr RBC-yə bildiriblər ki, Darçiyevin namizədliyi ilə bağlı qərar çoxdan verilib. Nazirlik qanuni məhdudiyyətlərə görə prosesi ictimaiyyətə şərh etməyəcək.

Qeyd edək ki, oktyabrın 10-da Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov səlahiyyət müddətinin baş çatması ilə əlaqədar geri çağırılıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025