• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Türkiyəyə 184 ton yardım çatdırdı

DÜNYA

16 Aprel 2023 | 19:40 | Müəllif: Subhan Mahmudov

Rusiya Türkiyəyə 184 ton yardım çatdırdı

Rusiyadan gələn konteyner gəmisi fevral ayında baş vermiş dağıdıcı zəlzələlərdə zərər çəkənlər üçün Türkiyəyə 180 tondan çox humanitar yardım çatdırıb.

Bakıvaxtı.az xəbər verir, bu barədə “Anadolu Ajansı” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Rusiyadan 184 ton humanitar yardım daşıyan “Evrim Group” konteyner gəmisi Türkiyənin Qara dəniz sahilində yerləşən Ünye limanında dayanıb:

“Soçidən gələn gəmi episentri Qəhrəmanmaraşda olan fevral zəlzələlərində zərərçəkənlər üçün ərzaq çatdırıb. Türkiyə Fövqəladə Hallar İdarəsinin nəzarəti altında olan humanitar yardım fəlakət zonasına göndərilib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026