• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiyada azərbaycanlıların toyuna silahlı müdaxilə: 5 nəfər...

DÜNYA

31 Oktyabr 2023 | 15:27 | Müəllif: Subhan Mahmudov

Rusiyada azərbaycanlıların toyuna silahlı müdaxilə: 5 nəfər...

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində baş tutan azərbaycanlıların toy mərasimi hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat səbəbindən qəfil yarımçıq kəsilib.

Bakıvaxtı.az bildirir ki, bununla bağlı videogörüntülər "Telegram" kanallarında paylaşılıb.

Mərasimin keçirildiyi məkana gələn hüquq-mühafizə orqanları əməkdaşları toyda iştirak edən bütün vətəndaşların sənədlərini yoxlayıblar. 

Yoxlama nəticəsində beş nəfərin saxlandığı bildirilir. 

İlkin məlumata görə, saxlanılan şəxslərin deportasiya olunacaqları gözlənilir./musavat.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026