• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Baykal-Amur magistralında qatar partladıldı

DÜNYA

30 Noyabr 2023 | 14:23 | Müəllif: Qalib İbrahimoğlu

Baykal-Amur magistralında qatar partladıldı

Rusiyanın Buryatiya Respublikasında yanacaq daşıyan qatar partladılıb.

Bakıvaxtı.az xəbər verir ki, “RBK-Ukrayna” mənbələrə istinadən, hadisənin Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən törədildiyini bildirib.

    Məlumata əsasən, müxtəlif növ yanacaqla dolu 41 çən, aviasiya yanacağı ilə dolu 3 çən və içərisində qara metal olan 6 vaqondan ibarət qatar partladılıb.

    Qeyd olunub ki, Baykal-Amur magistral xəttinin bu hissəsi Rusiya ilə Çin arasında dəmir yolu əlaqəsində çox mühüm rol oynayır və hadisə baş verən zaman 4 partlayıcı qurğu işə düşüb.

    Hazırda Rusiya Federal Təhlükəsizlik Xidməti hadisə yerində araşdırma aparır./apa


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026