• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiyada nə qədər ukraynalı əsir var? – Zelenski

DÜNYA

03 Dekabr 2023 | 00:53 | Müəllif: Subhan Mahmudov

Rusiyada nə qədər ukraynalı əsir var? – Zelenski

Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi davam edir. Mübadilə ictimailəşmir və adətən, birbaşa döyüş meydanında baş verir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Assoşeyted Press”ə müsahibəsində deyib.

“Biz mübadilə fondumuzu doldururuq, sonra mübadilə baş verir. Onları birbaşa döyüş meydanında dəyişirik. Bizdə onların 10 məhbusu, onlarda isə bizim bir neçə adamımız olduqda, dəyişmə baş verir. Bütün bunlarla bağlı komandirlərin göstərişləri var və onlar nə etməli olduqlarını bilirlər”, - deyə Zelenski bildirib.

Zelenski əlavə edib ki, hazırda bir neçə min ukraynalı müdafiəçi əsirlikdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR