Ryazandakı "Malina" ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Bakıvatxı.az xəbər verir ki, dörd nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.
Partlayışa səbəb kimi "Game Loft lounge" barına gələn ziyarətçinin qumbara ilə ehtiyatsız davranması göstərilir.
***19:59
Ryazanda "Malina" ticarət mərkəzinin yaxınlığında partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, partlayış nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə yaralanıb. İlkin məlumata görə, hadisə yerində əldəqayırma partlayıcı işə düşüb.
Hadisə şahidlərinin sözlərinə görə, partlayış nəticəsində zərərçəkənlərdən birinin ayağı qopub. Digər zərərçəkənlərin vəziyyəti və xəsarətləri barədə məlumat verilmir.