Rusiyada qalan yapon şirkətlərinin sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Asiya ölkəsinin Moskvadakı səfiri Akira Muto məlumat verib.
Məlumata görə, hazırda Yaponiya Biznes Assosiasiyasının üzvü olan 120-dən çox şirkət sanksiyalar təzyiqinə baxmayaraq Rusiya bazarında qalır.
Diplomat qeyd edib ki, hətta indiki çətin geosiyasi vəziyyətdə belə Rusiya bazarı yapon sahibkarları və şirkətləri üçün maraqlıdır.
Bildirilib ki, Asiya ölkəsindən Rusiya Federasiyasında qalan firmaların ən çoxu ən böyük regionlarda - Moskva və Moskva vilayətində qeydə alınıb.
Diplomat Rusiyanı tərk etmiş yapon şirkətlərinin geri qayıtmasının əsas şərti kimi Ukraynadakı müharibənin tezliklə başa çatmasını göstərib.
Bununla belə, Muto vurğulayıb ki, bu şirkətlərin hər biri müstəqil olaraq Rusiya Federasiyasında biznes fəaliyyətini bərpa etmək üçün doğru anı seçəcək.
Mina Mikayılova