Rusiyada İl-76 təyyarəsi eniş zamanı İvanovo vilayətində qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər ki, təyyarə aerodromdan çox uzaqda, Boqorodskoye kəndi yaxınlığındakı qəbiristanlığın ərazisinə düşüb.
Təyyarədə 12 nəfərin olduğu bildirilib.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə təyyarənin havada olarkən mühərriklərindən birində yanğın baş verdiyi müşahidə olunub. Təyyarə yerə düşəndən sonra parçalara bölünüb və yanğın baş verib.
















