• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Zəvvarlar qəzaya düşdü: 17 ölü, 20 yaralı - YENİLƏNİB

DÜNYA

11 Aprel 2024 | 13:23 | Müəllif: Qalib İbrahimoğlu

Zəvvarlar qəzaya düşdü: 17 ölü, 20 yaralı - YENİLƏNİB

Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində ölənlərin sayı artıb. 

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 17 nəfər ölüb, 20nəfər xəsarət alıb. 

    ***

    08:33

    Pakistanda xeyli sayda insanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Bəlucistan əyalətinin Hab dairəsində qeydə alınıb. Belə ki, sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.

    Məlumata görə, avtobusun sərnişinləri Tatta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına - Şah Nurani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub.

    Sürücü çətin keçilən yolda idarəetməni itirib, nəticədə avtomobil dərəyə aşıb.

    Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Sentyabr 2026