• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyalı deputat və ekspertlər Ağdamda - YENİLƏNİB

GÜNDƏM

01 May 2021 | 14:05

Rusiyalı deputat və ekspertlər Ağdamda - YENİLƏNİB

Rusiyalı deputatlar, ekspertlər və jurnalistlər Ermənistan işğalından azad olunmuş Ağdam şəhərindəki İmarət qəbiristanlığını ziyarət ediblər.

Bakıvaxtı.az xəbər verir ki, qonaqlara İmarət qəbiristanlığı barədə məlumat verilib.

Bildirilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub.

Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

***
Rusiyalı deputatların və ekspertlərin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, nümayəndə heyətinin viran qoyulmuş Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şahbulaq qalası ilə tanış olmaları nəzərdə tutulur.(azvision.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026