• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiyanı yeni sanksiyalar gözləyir

DÜNYA

04 Avqust 2024 | 21:00 | Müəllif: Subhan Mahmudov

Rusiyanı yeni sanksiyalar gözləyir

ABŞ Amerika vətəndaşlarını qanunsuz olaraq saxladığına görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Fox News” telekanalına müsahibəsində deyib. 

“Biz amerikalılara Rusiyaya getməmələrini söylədik, Levinson Aktından istifadə edərək sanksiyalar tətbiq etdik və bunu bir daha edəcəyik”, - deyə Kirbi qeyd edib. 

Onun sözlərinə görə, ABŞ-nin Rusiyaya təzyiqlərini artırmaq istəyinə baxmayaraq, Amerika administrasiyası külli miqdarda narkotik qaçaqmalçılığı və saxlama ittihamı ilə məhkum edilmiş və ittiham olunan Amerika səfirliyinin keçmiş əməkdaşı Mark Voqel də daxil olmaqla, öz vətəndaşlarının qaytarılmasına nail olmaq niyyətindədir. 

Qeyd edək ki, Levinson Aktı Birləşmiş Ştatlarda ölkə hakimiyyətinə Amerika vətəndaşlarının qeyri-qanuni həbsi ittihamı ilə sanksiyalar və digər məhdudiyyətlər tətbiq etməyə imkan verən qanundur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026