• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ruslar hücuma keçdi, komandir məhv edildi

DÜNYA

07 Yanvar 2023 | 18:38 | Müəllif: Subhan Mahmudov

Ruslar hücuma keçdi, komandir məhv edildi

Ukrayna sərhədçiləri Rusiya komandirini məhv edərək, Baxmut yaxınlığındakı istiqamətlərdən birində düşmən piyadasının irəliləməsini dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Baxmut yaxınlığındakı istiqamətlərdən birində rus işğalçılarının piyada bölməsi ukraynalı müdafiəçilərin qalasına hücum etməyi planlaşdırıb:

"Lakin Dövlət Sərhəd Xidmətinin snayperləri onlara imkan verməyiblər. Döyüşçülər dəqiq atılan atəşlərlə komandiri və pulemyotçunu məhv ediblər. Bölməyə nəzarəti itirən işğalçılar hücuma keçməkdən qorxaraq qaçıblar”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026