• Bakı 24° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Saakaşvili yenidən aclıq aksiyasına başladı

DÜNYA

21 Fevral 2022 | 16:09

Saakaşvili yenidən aclıq aksiyasına başladı

Bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir.

Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, M.Saakaşvili prosesdə çıxışı zamanı müddətsiz aclıq aksiyasına başladığını elan edib.

Gürcü siyasətçi buna səbəb olaraq hazırda saxlanıldığı Rustavi həbsxanasında pis müalicə olunduğunu göstərib.

“Əlil olmağım üçün məqsədli iş aparılır. Siz (Gürcüstan rəhbərliyi – red.) istəyirsiniz ki, mən belə sakitcə ölüm. Alınmayacaq. Lazım gələrsə, başım dik şəkildə ölərəm. Bu gündən etibarən müddətsiz aclıq aksiyasına başladığımı elan edirəm”, - deyə Saakaşvili qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR