• Bakı 30° C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Saakaşviliyə yaxın şəxsin evində odlu silah anbarı aşkar edilib

DÜNYA

06 Dekabr 2024 | 18:46

Saakaşviliyə yaxın şəxsin evində odlu silah anbarı aşkar edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları sabiq prezident Mixail Saakaşvilinin qurduğu müxalif "Vahid Milli Hərəkat" partiyasının üzvü Dmitri Çikovaninin yaşadığı evdə axtarış zamanı odlu silah anbarı aşkar ediblər.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat verib.

"Dmitri Çikovaninin mənzilində axtarış zamanı hüquq-mühafizə orqanları xüsusi gizli yerdən həm qeydiyyatda olan, həm də onlarla qeydiyyatsız odlu silah, səsboğucular, döyüş sursatı, kompüter avadanlığı və yaddaş kartları müsadirə ediblər", - məlumatda bildirilib.


SON XƏBƏRLƏR

26 Iyul 2025