• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq - RƏSMİ

CƏMİYYƏT

02 Iyul 2021 | 14:17

Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq - RƏSMİ

AVRO-2020 çərçivəsində sabah Bakıda keçiriləcək futbol qarşılaşması ilə bağlı bəzi istiqamətlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə məıtbuata açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O bildirib ki, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından, Xəlil Rza Ulutürk küçəsi, Böyük Şor bulvarı, Atlerlər kəndi istiqamətində, Heydər Əliyev prospekti ilə hərəkət edən sürücülər isə 1 saylı “ASAN xidmət”in yanından Xəlil Rza Ulutürk küçəsi, Atletlər kəndi ətrafı, Böyük Şor Bulvarı istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə almalıdırlar:

“Həmin əraziyə təşkilat komitəsi tərəfindən fərqlənmə nişanları ilə təchiz olunmuş nəqliyyat vasitələrinin girişinə icazə veriləcək. Sürücülərdən xahiş olunur ki, futbol qarşılaşması bitənə qədər ictimai nəqliyyatdan istifadə etsinlər, şəxsi minik nəqliyyat vasitələrində istifadəni məhdudlaşdırsınlar.

Vətəndaşlardan pandemiya ilə əlaqədar olaraq nəzərdə tutulmuş qaydalara riayət etmələrini xahiş edirik. Onu da qeyd edim ki, futbolu izləmək istəyən vətəndaşlarımız metronun “Qara Qarayev” stansiyasının, eləcə də Səməd Vurğun bağının yanından xüsusi ekspress nəqliyyat vasitələri ilə təmin olunacaqlar”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026