• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Sabah Bakının bu rayonunda qaz olmayacaq

CƏMİYYƏT

20 Dekabr 2023 | 22:41 | Müəllif: Subhan Mahmudov

Sabah Bakının bu rayonunda qaz olmayacaq

Çənlibel QTM-dən qidalanan 7-ci və 8-ci mikrorayonları təbii qazla təmin edən yeraltı qaz xəttinin korroziyaya uğraması səbəbindən əvəzlənməsi və mövcud şəbəkəyə qoşulması ilə əlaqədar adıçəkilən QTM-dən 21.12.2023-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. 

Bildirilib ki, təmir işləri görülən müddətdə Binəqədi rayonunun M. Rəsulzadə qəsəbəsinin və S.S.Axundov küçəsinin bir hissəsinin, həmçinin İ.Hacıyev, Koroğlu, F.Rüstəmov, İ. Dadaşov, N.Nərimanov, Ş.Məmmədova küçələrinin isə tam olaraq qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR