Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "Improtex Group"a daxil olan şirkətlərdən biri olan "Improtex Industries" MMC külli miqdarda vergi borcunu ödəyib.
Bakıvaxtı.az "Teleqraf"a istinadən xəbər verir ki, "Improtex Industries" MMC 2 milyon 223 min manat məbləğində vergi borcunu tam şəkildə dövlət büdcəsinə köçürüb.
Sabiq nazir dövlətə olan iki milyon manatdan artıq borcunu ödəyib
Bildirilib ki, şirkətin qanuni təmsilçisi sabiq nazirin qardaşı oğlu Ruslan Ələkbərovdur.
Qeyd edək ki, "Improtex" qrupu 1991-ci ildə yaradılıb. Füzuli Ələkbərovun nazir vəzifəsində çalışdığı dövrdə holdinqə onun həyat yoldaşı İradə Ələkbərova rəhbərlik edib.
Hazırda şirkətlər qrupuna "Improtex Trucks & Buses", "Improtex Industries", "Improtex Motors" və "Imagro" kimi törəmə şirkətlər daxildir.
Bakı 




