Sabirabadda ev yanıb.
Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, yanğın rayonun Muğan Gəncəli kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 60 m² olan birmərtəbəli 1 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















