• Bakı 13° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

“Şagirdlər mütləq diaqnostik imtahan verməlidir!” - AÇIQLAMA

CƏMİYYƏT

30 Sentyabr 2021 | 11:13

“Şagirdlər mütləq diaqnostik imtahan verməlidir!” - AÇIQLAMA

Pandemiya dövründə bir ik altı ay müddətində keçirilən onlayn dərslərdə bütün fənlər tədris edilsə də, hansı fənnin şagirdlər tərəfindən daha yaxşı mənimsənildiyi sual altındadır. Xüsusilə təbiət və texniki fənləri mənimsəmək şagirdlər və tələbələr üçün çətin olub.

Bəs zəif mənimsənilən fənlərin təkrar keçilməsi üçün hər hansı proqram və ya vəsait hazırlanır?

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, şagirdlər mütləq şəkildə diaqnostik imtahan verməlidir:

“İlk növbədə, qeyd edim ki, bir il altı aydan sonra tədrisin tam şəkildə bərpası şagirdlər üçün çox vacib addımdır. Onların uzun müddətdir təhsil prosesindən kənarda qaldığını nəzərə alsaq, bu, xüsusilə təbiət və texniki fənlərin mənimsənilməsi ilə bağlı problemləri ortaya çıxarır. Əlbəttə, şagirdlərin uzun müddət tədris prosesindən kanarda qalmaları onlara zəruri bilik verməkdə çətinlik yaradacaq. Bu, təkcə onlara bilik verməklə bağlı deyil, eyni zamanda, orta məktəbə adaptasiya üçün ciddi zamana da ehtiyac var. Nəzərə alsaq ki, 22 sentyabrda bizim altı yüz qırx üç min üç yüz otuz üç şagirdimiz 1-2-3-4-cü siniflərə gediblər, onlar uzun müddətdir dərsdən kənarda qaldıqları üçün səhər tez durmaq, ev tapşırıqlarının yerinə yetirilməsi, uzun müddət məktəbdə qalmaq kimi çətinliklər yaşayacaqlar. Müəllimlər bu barədə müəyyən qədər anlayışlı olmalıdırlar. Xüsusən, 2-ci və 3-cü siniflərə dərs deyəcək müəllimlər anlamalıdırlar ki, o şagirdlər uzun müddətdir dərs prosesindən tamamilə kənarda qalıblar. Hesab edirəm ki, ən vacib məqam odur ki, tədrisin ilk vaxtlarında müəllimlər bir il altı ay ərzində şagirdlər tərəfindən zəif mənimsənilən mövzuları öyrətməyə çalışmalıdırlar”.

“Onlayn dərslərdə şagirdlərin riyaziyyat və xarici dillərdən əziyyət çəktiyini nəzərə alsaq, diqqəti həmin fənlərin üzərinə yönəltmək lazımdır. Bunun üçün isə tədris başlayanda şagirdlərin biliyini ölçmək üçün mütləq şəkildə diaqnostik imtahan keçirmək lazımdır. Həmin imtahan nəticəsində şagirdin hansı mövzunu necə mənimsədiyini müəyyənləşdirmək mümkündür. Bunun ardından şagirdlərin zəif nəticə göstərdiyi mövzulara təkrarən qayıtmaq, şagirdlərə öyrətmək lazımdır. Çünki şagirdlər aşağı pillədəki bilik və bacarıqları özlərində formalaşdırmasa, yuxarı siniflərdə həmin bilikləri çatdırmaq böyük problem olacaq. Təəssüf ki, bizim təhsil sistemi birbaşa proqramı tədris etmək üzərində qurulub. Ona görə də, bunu Azərbaycan təhsili üçün yenilik olaraq götürə bilərik. Əsas problem ali məktəblərdə yaranacaq, çünki orta məktəblərdəki problemi artıq həll etmişik. Ali məktəblərdə dərslər hibrit formada keçiriləcəyi üçün zəif mənimsənilən dərsləri təkrar etmək mümkün olmayacaq. Həm də ali məktəblərdə hər semestr fərqli fənlər keçilir, ona görə hansısa fənnə təkrar qayıtmaq olmur. Məktəblərdə isə 90% eyni fənlərdir. Bütün hallarda, istər ali, istərsə də orta məktəblərdə pandemiya dövründə zəif mənimsənilən fənləri təkrarlamaq üçün vəsaitlər hazırlanmalıdır. Biz ən azından post-pandemiya dövrünə hazır olmalıydıq. Təəssüflər olsun ki, Azərbaycan təhsil sistemində, xüsusilə ali məktəblər bu barədə iş görmədilər. Demək olar, həmin şagirdlər və tələbələr mənimsəyə bilmədiyi mövzulara qayıda bilməyəcək. Bu, çox ciddi problemdir” – deyə, ekspert bildirib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR