Cari tədris ilində şagirdlərin dərsə davamiyyəti ilə bağlı heç bir ciddi problem yaşanmır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edək ki, ölkədəki orta ümumtəhsil məktəblərində 1,6 milyondan çox şagird təhsil alır. 2023/2024-cü tədris ili sentyabrın 15-də başlayıb.
Tədris ili gələn il iyunun 14-də başa çatacaq.
















