• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Şagirdlərin yerdəyişməsi dayandırıldı

CƏMİYYƏT

13 Yanvar 2023 | 17:00 | Müəllif: Qalib İbrahimoğlu

Şagirdlərin yerdəyişməsi dayandırıldı

Bu gün saat 17:00-dan etibarən 2022-2023-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi 2019-cu ilin avqustun 15-dən www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026