Qadınların sağlam qocalması üçün necə yemək lazım olduğu məlum olub.
Bakıvaxtı.az xarici mətbuata istinadən məlumatına görə, pəhrizdə bitki zülalının nisbətinin artırılması ürək və damar xəstəlikləri, xərçəng, şəkərli diabet, demans və psixi pozğunluqların inkişaf riskinin azalması ilə əlaqələndirilir.
Belə ki, 1984-2016-cı illər arasında davam edən araşdırmada 48 minə yaxın qadın iştirak edib. Onlar elm adamlarına müxtəlif qidaların istehlak tezliyini qeyd edən öz-özünə pəhriz hesabatları təqdim ediblər. Qeyd olunur ki, tədqiqatın başlanğıcında iştirakçılar 38-59 yaş arasında idi.
Tədqiqatçıların sağlamlıq vəziyyəti qiymətləndirildikdən sonra məlum olub ki, daha çox bitki zülalı, meyvə, tərəvəz və tam taxıl qəbul edənlərdə psixi pozğunluqlar, xərçəng, şəkərli diabet, demans və ürək-damar xəstəliklərinə daha az rast gəlinir. Bitki mənşəli protein mənbələrinə qoz-fındıq, paxlalılar, dənli bitkilər və Tofu pendiri daxildir.
Hesablayıblar ki, əsasən bitki mənşəli zülal qəbul edən qadınların yaşlandıqca ciddi xroniki xəstəliklər və digər psixi və fiziki sağlamlıq problemlərinin inkişaf riski 46% azalır. Heyvan zülalları ilə zəngin qidalar yeyənlərin sağlam qalma ehtimalı 6% azalıb.
Mina Mikayılova
















